Bugün "Bitig" üçün bəzi yenilik və düzəlişlər etdim:
- URL paylaşımı: artıq hansısa keçid (URL) paylaşdıqda, o, kliklənəbilən halda paylaşılacaq. Məsələn, bitig.az yazdıqda bu keçid, yaşıl rəngdə kliklənəbilən URL kimi göstərilir. İstəyən linki backtick işarəsiylə çevrələyərək buna əngəl ola bilər. Belə:
danyeri.az
- İcmalara (qruplara) qrupu paylaşmaq özəlliyi gətirildi və qruplara profil şəkilləri, eləcə də banner görüntüləri yerləşdirildi. Həm də icmaların UI/UX'ni biraz da yaxşılaşdırdım.
- Bundan başqa, ən önəmli yeniliklərdən biri artıq Sosial bölməmizdə riyazi alqoritmlər əsasında "Sizin Üçün" (For You) məntiqinin tətbiq edilməsidir - X, Instagram kimi platformalarda olana bənzər. Əvvəl təkcə paylaşım tarixinə və qarşı tərəfi izləyib-izləməməyimiz əsasında paylaşımları görürdük. Ancaq artıq başqa məlumatlar da nəzərə alınaraq daha geniş süzgəcdən keçirilərək paylaşımlar istifadəçinin qarşısına çıxarılır. Gələcəkdə süni intellekt inteqrasiyası ilə bu alqoritmləri irəlilətməyi planlaşdırıram.0